Çin Tayvanı birləşdirmək cəhdi kimi hava və dəniz blokadasına, yaxud genişmiqyaslı işğala baş vura bilər.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.
“Çin Tayvana qarşı müxtəlif variantları ehtiva edən hərbi kampaniyalar icra edə bilər. Bu variantlar hava, yaxud dəniz blokadasından tutmuş ölkənin genişmiqyaslı tam və ya sahilyanı adalarının işğalına qədər dəyişə bilər”, – deyə bildirilib.
Qeyd edilir ki, Çin açıq şəkildə Tayvanla sülh yolu ilə birləşməyi müdafiə etsə də, Pekin hərbi güc tətbiq etmək imkanından heç vaxt imtina etməyib.