ABŞ Ekvadora hərbi dəstəyi artırır

ABŞ Ekvadora hərbi dəstəyi artırır

ABŞ Ekvadora hərbi dəstəyi artırır və bu ölkəyə martın sonunadək C-130 hərbi-nəqliyyat təyyarəsi təhvil vermək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Vatson bildirib.

“ABŞ zorakılığın baş verməsi fonunda Ekvador xalqının yanındadır”, – A.Vatson qeyd edib.

O aydınlaşdırıb ki, amerikalı mütəxəssislər Ekvador prezidenti və vitse-prezidentinin mühafizəsinə cavabdeh olan 35 nəfərə təlim keçiblər.

Teqlər: