ABŞ əhaləsinin sayı son 10 il ərzində 22,7 milyon nəfər artıb, bu isə bütün tarix ərzində ən aşağı göstərici sayılır.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın əhalinin siyahıyaalınması üzrə Bürosundan bildiriblər.
Məlumata əsasən, 2020-ci il aprelin 1-i üçün ABŞ əhalərinin sayı 331 449 281 nəfər təşkil edib: “Əhalinin sayı 2010-cu il ilə müqayisədə 22 703 743 nəfər və ya 7,4 faiz artıb”.
Bildirilir ki, ABŞ-ın ən çox sakini olan ştatı Kaliforniya (39 538 223 nəfər), ən az sakini olan ştatı isə Vayominqdir (576 851 nəfər).