Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ hərbçiləri son sutka ərzində 21 mindən çox şəxsi təxliyə edib.
AzerTimes-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts deyib.
Avqustun 14-dən bu günədək Əfqanıstandan təxliyə olunan insanların sayı 58,7 min nəfərə çatıb.
İyulun sonundan etbarən isə ölkədə 64 minə yaxın şəxs çıxarılıb.
Qeyd edək ki, “Taliban” təşkilatı avqustun 15-dən paytaxt Kabili ələ keçirib. Ölkə prezidenti Əşrəf Qəni istefa verərək ölkəni tərk edib.