ABŞ Silahlı Qüvvələri Əfqanıstanın şimalındakı “Taliban” hərəkatının mövqelərinə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Fox News televiziya kanalı Pentaqonun nümayəndəsinə istinadən bildirib.
Məlumata əsasən, hücum nəticəsində Bağlan və Kunduz vilayətlərində çox sayda silahlı məhv edilib, lakin onların dəqiq sayı barədə məlumat verilməyib.