ABŞ Ədliyyə Nazirliyi iyunun 22-də İran İslam Radio və Televiziya İttifaqının (IRTVU) istifadə etdiyi İranın 33 internet saytını bloklayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlik xəbər verib.
Məlumata əsasən, bundan əlavə “Kataib Hezbollah” qruplaşması tərəfindən idarə olunan 3 sayt bloklanıb. Həmin internet səhifələr məhkəmin qərarı ilə bloklanıb:
“Bu gün ABŞ məhkəmələrinin qərarlarına uyğun olaraq ABŞ-ın sanksiyalarını pozaraq IRTVU tərəfindən idarə olunan 33 saytların və “Kataib Hizbullah” tərəfindən idarə olunan üç internet saytın domenləri götürülüb”.