Birləşmiş Ştatlar ölkə daxilində infrastruktura investisiyalar da daxil olmaqla, irimiqyaslı yatırımlar etməsə dünyada iqtisadi üstünlüyünü itirə bilər.
Trend xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden deyib.
Ölkənin hazırda tarixində hər 40-80 ildən bir baş verən dönüş nöqtəsində olduğunu bildirən amerikan lideri qeyd edib: ““Amerika uzun müddətdir ki, dünyanın tempini verib. 20-ci əsrin çox hissəsində özümüzə, xalqımıza və ölkəmizə sərmayə qoyarkən dünyaya əhəmiyyətli bir fərqlə liderlik etdik”.
Bununla birlikdə, dövlət başçısı ölkənin yavaşladığını və daxilində yatırımları dayandırdığını vurğulayıb: “ABŞ hələ də dünyanın ən böyük iqtisadiyyatıdır, ancaq bu üstünlüyünü itirə bilər”.
Daha əvvəl Bayden ABŞ-ın milli borcu ilə bağlı vəziyyəti qismən sabiq ğrezident Donald Trampın üzərinə atıb və onun administrasiyasının vergilər və xərclərlə bağlı siyasətini düşünülməmiş adlandırıb.
Bayden, həçinin, ölkədə mümkün defoltun dolların dünyanın ehtiyat valyutası statusunu təhlükəyə ata biləcəyini də diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ Demokrat partiyasının sol qanadının nümayəndələri prezidentin infrastruktur planının maliyyələşdirilməsi mövzusunda mötədil demokratlara güzəştə getməkdən imtina etdilər.