ABŞ Dövlət katibi Entoni Blinken Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.
AzerTimes xəbər verir ki, o bildirib ki, bu il Qurban bayramı bir çox müsəlmanın dərin ağrılar yaşadığı bir vaxta təsadüf edir.
“Düşüncələrimiz təqib və münaqişənin fəsadları ilə üzləşənlər, o cümlədən nifrətdən qaynaqlanan zorakılıq və islamofobiyanın digər formalarının artmasını hiss edənlərin yanındadır”,- deyə Blinken bildirib.