ABŞ-ın dövlət qurumunun məlumat bazası sındırıldı

ABŞ-ın dövlət qurumunun məlumat bazası sındırıldı

ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyasının məlumat bazası sındırılıb.

Bazada minlərlə özəl şirkətin məlumatları saxlanılırmış.

Komissiyanın bəyanatında deyilir ki, kənar şəxslər geniş ictimaiyyət üçün nəzərdə tutulmayan məlumata çıxış əldə edə bilərlər. Dəqiqləşdirilir ki, bazanı naməlum hakerlər sındırıblar.

Komissiyanın sədri Cey Kleyton qeyd edib ki, kibertəhlükədən sonrakı risklər ciddidir və bir çox hallarda sistematik olaraq baş verir.

Təxmin edilir ki, sistemin sındırılması sistemin fəaliyyətinə təsir etməyib və təkrar kiberhücumların yaranması təhlükəsinin yaranmasına gətirib çıxarmayıb.

ABŞ-ın “Equifax” kredit tarixçəsi bürosundan isə bildiriblər ki, 143 milyon insanın şəxsi məlumatlarının oğurlanmasından sonra informasiya və təhlükəsizlik xidmətinin rəhbər şəxsləri işdən azad olunub.