
ABŞ dövlət katibinin müavini Elison Huker Ermənistana səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, o, İrəvanla “Tramp yolu” və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.
Diplomatı İrəvanda baş nazir, xarici işlər naziri, təhlükəsizlik şurasının katibi və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə qəbul edəcək.

