ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək

ABŞ dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisi Ceffri Payett mayın 30-dan iyunun 2-dək Azərbaycanda səfərdə olacaq.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, o, 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək.

C.Payett enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək.

Dövlət katibinin köməkçisi təmiz enerji keçidini sürətləndirilməsi zamanı qlobal enerji təchizatını sabitləşdirmək üçün gələcək beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə digər ölkələrin və təşkilatların enerji rəsmiləri ilə də görüşəcək.

Teqlər: