ABŞ dövlət katibinin birinci müavini Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Türkiyəyə
səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin
mətbuat xidmətindən bildiriblər.

“Dövlət katibinin müavini Vendi Şerman martın 4-dən 11-dək
İstanbul və Ankara (Türkiyə); Madrid (İspaniya); Rabat və
Kasablanka (Mərakeş); Əlcəzair (Əlcəzair) və Qahirəyə (Misir) səfər
edəcək”, – deyə məlumatda deyilir.

Qeyd edilir ki, V.Şerman Rusiyanın hərbi əməliyyatını müzakirə
etmək üçün Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və
digər rəsmilərlə görüşmək üçün 4-5 mart tarixlərində İstanbul və
Ankaraya səfərinə başlayacaq.