ABŞ dövlət katibi Entoni Blinken gələn həftənin əvvəlində İsrailə səfər edəcək.
AzerTimes xəbər verir ki, səfərin məqsədi Qəzzada davam edən döyüşlərlə bağlı danışıqlar aparmaqdır.
Blinken sonuncu dəfə noyabrın 3-də İsraildə olub.
Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.