ABŞ dövlət katibi İsrail və Fələstinə səfər edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ dövlət katibi Entoni Blinken mayn 26-27-də İsrailə və Qərb sahilinə səfər edəcək.

AzerTimes-ın məlumatına görə, səfər zamanı ABŞ rəsmisi İsraillə Qəzza sektoru arasında atəşkəs məsələsini müzakirə edəcək.

Bundan başqa, E.Blinken Misirə və İordaniyaya da gedəcək.


Qeyd edək ki, mayın 10-dan İsraillə Qəzza sektoru arasında münaqişə baş verib, nəticədə 260-dan çox şəxs vəfat edib. İsrail mayın 20-də atəşkəs elan edib.