ABŞ dövlət katibi Belçika, Polşa, Moldova, Latviya, Litva və Estoniyaya səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken martın 3-dən 8-dək Belçika,
Polşa, Moldova, Latviya, Litva və Estoniyaya səfər edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidməti
məlumat yayıb.

Məlumata əsasən, o, Belçikada NATO ölkələrinin xarici siyasət
idarələrinin başçılarının və G7-nin görüşündə iştirak edəcək.
E.Blinken, həmçinin Avropa İttifaqı ölkələrindən olan həmkarları
ilə görüşəcək.

Teqlər: