ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini
gələn ay istefaya gedəcək.
Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat
katibi Ned Praysın yazılı açıqlamasında deyilir.
Məlumata əsasən, bu vəzifəyə Ağ Evin mətbuat katibinin köməkçisi
Vedant Patel təyin ediləcək.
“Mətbuat katibinin birinci müavini Calina Porter və mətbuat
katibinin müavini Con Ays gələn ay öz vəzifələrini tərk edəcəklər.
Mən Calina və Con ilə vidalaşarkən Vedanta Pateli Dövlət
Deprtamentinin mətbuat xidmətinin yeni birinci müavini kimi
qarşılamağı səbirsizliklə gözləyirəm”, – deyə N.Prays bildirib.
O qeyd edib ki, Patel ABŞ prezidenti Co Baydenin
“administrasiyasının ilk günündən” özünü Ağ Evin mətbuat katibinin
köməkçisi kimi göstərib.