ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Bakıya gəlib

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri
Endryu Şofer Bakıya səfərə gəlib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı
səfirliyinin “Twitter” səhifəsində deyilir.

“24-29 aprel tarixlərində Bakıda səfərdə olan ABŞ Dövlət
Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi
salamlayırıq. ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan
gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada
əməkdaşlıq etməyə sadiqdir”, – deyə səfirliyin açıqlamasında
deyilir.

Teqlər: