ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının tədarükü
ilə bağlı müqaviləni dəstəkləyib.
Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin ABŞ
Konqressinə ünvanlanmış məktubunda deyilir.
Qeyd olunur ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik
ölkə kimi Alyansdakı müttəfiqləri ilə birlikdə hərəkət edir.
Bildirilir ki, ABŞ rəsmi Ankara ilə müdafiə sahəsində əməkdaşlığa
müsbət yanaşır ki, bu da NATO-nun maraqlarına cavab verir.
Bundan əvvəl, martın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığında ən qısa
zamanda 40 ədəd F-16 təyyarəsinin satışını və Türkiyə Hərbi Hava
Qüvvələrində xidmətdə olan bu modifikasiyalı təyyarələrin
modernləşdirilməsini nəzərdən keçirməyi təklif edib.