ABŞ Dövlət Departamenti bu həftə vətəndaşları üçün səyahət qaydalarını yenidən nəzərdən keçirmək niyyətindədir. Bununla Dövlət Departamenti ölkə hakimiyyətinin koronavirusla bağlı vəziyyətə görə ziyarət etməyi tövsiyə etmədiyi ölkələrin siyahısını əhəmiyyətli dərəcədə genişləndirmək planşdırır.
AzerTimes-ın məlumatına görə, bu barədə Departamentdən xəbər verilib.
Məlumatda qeyd olunub: “Səyahət edən şəxslərin COVID-19 pandemiyasının yaratdığı risklərlə qarşılaşdıqları üçün, Dövlət Departamenti bu həftə səyahətçilərin sağlamlığına aid olan məsələlərlə bağlı ABŞ Xəstəliklərin Nəzarəti və Profilakatikası Mərkəzlərinin məlumatlarını daha yaxşı əks etdirmək üçün səyahət ilə bağlı tövsiyələrini yeniləməyə başlayacaq”.
Səyahətin tövsiyə olunmadığı ölkələrin siyahısının əhəmiyyətli dərəcədə genişləndiriləcəyi, dünya ölkələrinin təxminən 80 faizi əhatə edəcəyi bildirilib.