Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ Dövlət Departamenti Los-Anceles məhkəməsinin 1982-ci ildə Türkiyənin konsulunun qətlində təqsirli bilinən Hampiq Sasunyanın vaxtından əvvəl azad etməsi qərarından məyusluğunu ifadə edir.
Trend bu barədə Dövlət Departamentinə istinadən məlumat verir.
Qeyd olunub ki, diplomata hücum təkcə konkret şəxsə qarı ağır cinayət deyil, həm də ümumilikdə diplomatiyaya təhdiddir:
“Bütün dünyada işləyən amerikalı diplomatların təhlükəsizliyinin təmin olunması məqsədilə ABŞ diplomatların qatillərinin ən ağır cəza almağa və bu cəzalarını erkən azadlığa çıxmaq hüququ olmadan çəkməyə layiq olmaları mövqeyinə sadiqdir”.
Qeyd edək ki, H.Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanın qətlində təqsirli bilinib.