ABŞ Dövlət Departamenti Bolqarıstana səkkiz F-16 qırıcı təyyarəsinin satışına icazə verib

ABŞ Dövlət Departamenti Bolqarıstana ümumilikdə 1,67 milyard
dollar dəyərində səkkiz F-16 qırıcı təyyarəsi və avadanlıq satışına
icazə verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi
Təhlükəsizlik Sahəsində Əməkdaşlıq İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, xarici ölkələrə hərbi texnika satışı proqramı
çərçivəsində Bolqarıstan hökumətinə təqribən 1,673 milyard dollar
dəyərində F-16 C/D Blok 70 təyyarələri və müvafiq avadanlıqlar
satılacaq.

Qurum bildirir ki, qırıcıların satışı NATO-nun təhlükəsizliyinin
gücləndirilməsinə kömək etməklə ABŞ-ın xarici siyasət və milli
təhlükəsizlik sahəsində məqsədlərinə cavab verir.