ABŞ Dövlət Departamenti Azərbaycana bu il daha çox vəsait ayırmağı planlaşdırır

ABŞ Dövlət Departamenti Azərbaycana maliyyə dəstəyi qismində 9,1
milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.

Trend bu barədə
Dövlət Departamentinə istinadən məlumat verir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan üçün ayrılmış
maliyyələşdirmənin həcmi 8,3 milyon dollar təşkil etmişdi.

ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə
əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması
planlaşdırılır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc
etdiyi sənəddə bildirilib.

Dövlət Departamentinin məlumatına əsasən, 2023-cü ildə
Gürcüstana 88,02 milyon dollar, Ermənistana 23,4 milyon dollar
yardımın ayrılması nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycanda hərbi təlimlərin keçirilməsinə dəstək
məqsədilə 600 min dollar vəsaitin ayrılması planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: