ABŞ dövlət borcu limitini keçdiyi üçün əlavə təcili tədbirlər görür

ABŞ-ın Maliyyə Nazirliyi ölkənin dövlət borcunun ən yüksək həddə çatması səbəbindən maliyyə əməliyyatlarını davam etdirmək üçün “təcili tədbirlər” tətbiq etməyə başlayıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurum rəhbəri Canet Yellenin ABŞ Konqresindəki Demokratik və Respublikaçı partiyaların liderlərinə göndərdiyi məktubda deyilir.


Maliyyə naziri daha əvvəl, 23 iyul tarixli məktubunda millət vəkillərini “1 avqust tarixindən etibarən ABŞ dövlət borcunun səviyyəsinin qanunvericiliklə müəyyən edilmiş maksimum həddə çatacağı” barədə xəbərdar etdiyin xatırladıb.

Teqlər: