ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Belə ki, Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə olan məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib.
Bu, Amerikanın dövlət borcunun rekord göstəricisidir.
Qeyd edilir ki, yanvarda ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb.