Pentaqon zərurət yaranacağı halda ABŞ vətəndaşlarını Livandan təxliyə etmək üçün donanmanı İsrail-Livan sərhədinə yaxınlaşdırıb.
AzerTimes xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu qərar İsraillə Hizbullah hərəkatı arasında gərginliyin artması fonunda qəbul edilib:
“İyunun 26-da ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum gəmisi “USS Wasp” və xüsusi əməliyyatlarla məşğul olan 24-cü Dəniz Ekspedisiya Bölməsi Aralıq dənizinə yerləşdirilib”.