ABŞ nəyin bahasına olursa olsun, Ukraynadan istifadə edərək, Rusiyanı strateji məğlubiyyətə uğratmağa, dünyada dominantlığını qoruyub saxlamağa çalışır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, ABŞ orta və qısa mənzilli raketləri Asiya-Sakit okean regionunda yerləşdirmə planlarını açıq şəkildə bəyan edib.
Qeyd edək ki, ABŞ-ın Yaponiyaya “Tayfun” raket komplekslərini yerləşdirəcəyi ilə bağlı məlumatlar yayılmışdı.