ABŞ diplomatı 3 gün sonra Bakıya niyə qayıtdı?

ABŞ diplomatı 3 gün sonra Bakıya niyə qayıtdı?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono martın 6-da Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Adətən bölgəyə gəliş iki ölkəyə səfərlə yekunlaşır. Ancaq amerikalı diplomat yenidən Bakıya qayıdaraq xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Məsələ burasındadır ki, Bono martın 6-da Bakıda olanda Ceyhun Bayramov ölkədə yox idi. Fikrimcə, amerikalı diplomatın Bakıya qayıdışı yalnız Ceyhun Bayramovla görüşlə bağlı deyil. Bono yenidən Bakıya geri qayıtmaqla iki ölkə arasında sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyir. Digər tərəfdən Bononun bölgədə olduğu müddətdə Qarabağda toqquşma baş verib. Vaşinqton yeni müharibənin qarşısını da almağa çalışır”, – o bildirib.

Teqlər: