ABŞ desant göndərdi, toqquşma baş verdi

ABŞ desant göndərdi, toqquşma baş verdi

Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhəri yaxınlığına ABŞ-ın desant tullaması silahlı toqquşmalara səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

“ABŞ hərbçilərinin Qamışlının cənubunda, Suriya ordusunun nəzarətində olan Mulyuk Saray kəndinə desant tullaması Suriya hərbçiləri ilə toqquşmaya səbəb olub. Amerikalılar desant qüvvələrinin İŞİD terror qruplaşmasının üzvlərindən birini məhv etmək üçün əraziyə endiyini iddia edir”, – məlumatda bildirilir.

Məlumata görə, toqquşma zamanı bir neçə hərbçi yaralanıb, bir çoban isə ölüb.

Teqlər: