ABŞ Dövlət Departamenti Vaşinqton administrasiyasının Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verdiyi barədə məlumatı nə təsdiq, nə də təkzib edib.
AzerTimes xəbər verir ki, bununla bağlı ABŞ diplomatik xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
“Mən heç bir siyasət dəyişikliyi barədə danışmayacağam və təsdiqləməyəcəyəm”, – Miller bildirib.
Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.