ABŞ Nümayəndələr Palatası “Dəmir Qübbə” raketdən müdafiə sistemi üçün lazım olan raketlərin alınmasına İsrailə yardım göstərmək üçün qanun layihəsini təsdiqlədi.
AzerTimes-ın məlumatına görə, bu barədə The Hill nəşri xəbər verib.
Bildirilib ki, layihəyə əsasən, İsrailə 1 milyard dollar məbləğində maddi yardım göstəriləcək.
Məlumata əsasən, 420 konqresmen qanun layihəsini dəstəkləyib, 9-u əleyhinə çıxış edib.