Hakim “Mülki müqavilə”nin deputatları Paşinyanın bu gün parlamentdə nə təqdim edəcəyini, Vaşinqtonda hansı danışıqlar aparıldığını həyəcanla gözləyirlər. Yeni sənəd olacaq, ya yox?
AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
Qəzet “Mülki müqavilə” fraksiyasının deputatlarının da Vaşinqtonda Azərbaycan və Ermənistan nazirləri arasında keçirilən danışıqların mahiyyətini təfərrüatı ilə bilmədiklərini vurğulayıb:
“Onlar özləri anlayırlar ki, məqam həqiqətən ciddidir, Ermənistanın artıq manevr yeri yoxdur, ona görə də ictimaiyyəti Qarabağ ermənilərini Azərbaycanın tərkibində milli azlıq hesab etməsinə ruhlandırmağa çalışırlar. Bir şərtlə ki, beynəlxalq ictimaiyyətin təhlükəsizlik zəmanətləri olsun. Bəs bunlar hansı təminatdır, bu təminatları kim verməlidir”.