ABŞ danışıqlar istəyir, ancaq Kiyevin şərtləri ilə…

ABŞ danışıqlar istəyir, ancaq Kiyevin şərtləri ilə…

ABŞ Ukrayna ilə bağlı danışıqların başlayacağına ümid edir, ancaq hesab edir ki, danışıqların şərtini Kiyev müəyyən etməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culianna Smit deyib.

“Ümid edirik ki, gələcəkdə, müəyyən vaxtda danışıqlar başlayacaq. Ancaq ABŞ istəyir ki, danışıqlar masasına oturmaq üçün şərtləri Vladimir Zelenski təyin etsin”, – o bildirib.

O əlavə edib ki, Rusiya günü sabah krizisi sona çatdıra bilər.

Qeyd edək ki, Rusiya XİN başçısının müavini Andrey Rudenko Ukrayna ilə danışıqlara başlamaq üçün Moskvanın heç bir ilkin şərt irəli sürmədiyini bildirib.

Teqlər: