ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirliyi bu ölkədə mümkün terror aktı ilə bağlı xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat dərc olunub.
“ABŞ hökuməti terrorçuların oktyabrın 29-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində kütləvi tədbirə hücum planlaşdıra biləcəyi barədə məlumat alıb”, – məlumatda vurğulanıb.
Səfirlik mümkün hücumun dəqiq vaxtı, yeri və məqsədləri barədə məlumat verməyib.
Səfirlik işçilərinə Yohannesburqun Sandton bölgəsində izdihamlı yerlərdən və ictimai tədbirlərdən çəkinməyi tövsiyə edib.