ABŞ-ın NATO-ya üzv ölkələrin Ukraynaya hərbi qüvvə göndərmək təkliflərinə qarşı çıxmır. Hər bir dövlət bu barədə müstəqil qərar verməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Mən digər suveren ölkələrin qərarlarına görə məsuliyyət daşıya bilmərəm. Ukrayna ərazisində ABŞ qoşunlarının olmayacağını açıq şəkildə bildirən ölkəmizin və onun baş komandanının qərarına görə mən cavabdeh ola bilərəm”, – Kirbi bildirib.