ABŞ-dan Ukraynaya: Dronlardan az istifadə edin!

ABŞ-dan Ukraynaya: Dronlardan az istifadə edin!

Pentaqon Kiyevi kəşfiyyat üçün dronlara daha az etibar etməyə və bunun üçün quru qoşunlarına üstünlük verməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Pentaqon rəsmiləri Ukraynanı döyüş məlumatlılığı üçün dronlara daha az, yerüstü kəşfiyyat qüvvələrinə isə daha çox etibar etməyə çağırıb. ABŞ rəsmilərinin sözlərinə görə, ukraynalılar bu müraciətə müsbət cavab verirlər.

Qeyd olunur ki, rəsmilər həmçinin Kiyevi atəşi ən vacib hədəflərə yönəltməyə çağırırlar. Hesablamalara görə, Ukrayna qüvvələri münaqişə başlayandan bəri iki milyon 155 millimetrlik NATO mərmi atıb və Qərbin təchizatını demək olar ki, tükəndirib.

Teqlər: