ABŞ Ukraynaya 250 milyon dollar dəyərində növbəti hərbi yardım paketini ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, yeni yardım paketinə AIM-9M HHM raketləri, HIMARS üçün raketlər, 155mm və 105mm mərmilər, mina təmizləyən avadanlıq, atıcı silahlar üçün 3 milyon ədəd mərmi, Javelin və digər anti-tank silahları, təcili yardım maşınları və s. daxildir.