ABŞ yaxın günlərdə Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, silah paketinə hava hücumundan müdafiə vasitələri, PUA-lara qarşı sistemlər, partlayan PUA və döyüş sursatları daxil edilib.