Vilnüs sammitində Ukraynanın NATO-ya üzvlüyü məsələsi bağlanıb və müzakirəyə açıq deyil.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Nəticə etibarı ilə NATO-da bunu çox sadə dildə bəyan etdik. Ukraynanın gələcəyi NATO-dadır. Bu, müzakirə edilməz. Üzərində razılaşdığımız məsələdir”, – deyə o bildirib.