ABŞ-dan Türkiyə açıqlaması: Sanksiya…

ABŞ-dan Türkiyə açıqlaması: Sanksiya…

Rusiyaya qarşı qəbul olunan sanksiya qərarlarına Türkiyə də əməl etməlidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms Obrayen deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Türkiyə fərqli mövzularda çox mühüm rol oynadı:

“Məsələn, Türkiyə Ukraynaya PUA-larla dəstək verib. Bunlar döyüş meydanında böyük əhəmiyyət kəsb edirdi. Eyni zamanda, BMT-nin Qara dəniz üzərindən taxıl koridoru təşəbbüsünə vasitəçilik etdi. Ona görə də Ankaranın bu münaqişədə həm humanitar, həm də hərbi rolu böyük əhəmiyyət kəsb edir. Buna baxmayaraq, həm Türkiyə hökumətinə, həm də Türkiyənin özəl sektoruna Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl olunmasını gözlədiyimizi çox açıq şəkildə ifadə etmişik. Türkiyə özəl sektorunun sanksiyalara əməl etdiyini müşahidə edirik”.

C.Obrayen vurğulayıb ki, Türkiyə vacib tərəfdaşdır:

“Hər zaman olduğu kimi bu mövzuda çox açıq və səmimi fikir mübadiləsi aparmışıq. Bizim sanksiyalar mövzusunda siyasətimiz açıqdır. Ankaraya da “Maraqlarımız tələb edərsə, sanksiyalar tətbiq edəcəyik” mesajını vermişik. Qarşıdakı aylarda Türkiyədən bəzi gözləntilərimiz var. Biz sanksiyalara əməl olunub-olunmadığını görmək üçün həm Türkiyə rəsmiləri, həm də özəl sektorla çox sıx əlaqə saxlamağa davam edəcəyik. Sanksiyalara əməl olunmadığı aşkar edilərsə, tədbir görüləcək”.

Teqlər: