ABŞ-dan türk biznesmenlərə xəbərdarlıq

ABŞ-dan türk biznesmenlərə xəbərdarlıq

ABŞ Maliyyə Nazirliyinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson İstanbulda səfərdə olarkən Türkiyə banklarına Rusiya ilə ticarət əməkdaşlığının inkişafı ilə bağlı sanksiyalar riski barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi rəsmi saytında bəyanat yayıb.

“Son bir ildə Rusiyaya kiçik ixracatının nəzərəçarpacaq dərəcədə artması Türkiyənin özəl sektorunu nüfuz və sanksiya risklərinə qarşı xüsusilə həssaslaşdırır. Sanksiyaya məruz qalmış Rusiya qurumları ilə əlaqə quraraq, türk biznesləri və bankları özlərini sanksiyalar riski, G7 bazarlarına və müxbir əlaqələrə çıxışı itirilməsi riski ilə üzləşə bilərlər”, – bəyanatda deyilir.

Teqlər: