ABŞ Talibana Kabillə hava əlaqəsini bərpa etməyi təklif edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Müzakirə olunan məsələlər arasında uçuşların bərpası, terrorizmlə və narkotiklərlə mübarizə, həbsdə olan Amerika vətəndaşlarının azad edilməsi olub”, – məlumatda deyilir.
Qeyd edək ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən və Amerikanın dəstəklədiyi Əşrəf Qani hökumətini devirdikdən sonra Kabil hava limanı 2021-ci ilin payızından bəri faktiki olaraq bağlanıb.