ABŞ BMT TŞ-ni Suriyaya transsərhəd yardımın çatdırılması üçün əlavə iki məntəqənin açılmasına dair qətnaməyə səs verməyə çağırır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.
“Türkiyə və Suriyada baş verən zəlzələlərin səbəb olduğu humanitar böhran beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlər görülməsini tələb edir. Biz BMT rəhbərliyi tərəfindən Suriyanın şimal-qərbindəki insanlara yardımın çatdırılması üçün Təhlükəsizlik Şurasının iki əlavə məntəqənin açılmasını təsdiqləməsi ilə bağlı çağırışları eşitmişik, biz dərhal qətnaməyə səs verməliyik”, – Qrinfild qeyd edib.