ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən deyib.

“Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə yatırdığını göstərən heç nə görmədik və payızda Qarabağda baş verən hadisələr də bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”, – o bildirib.

Patel əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırdır.

Teqlər: