ABŞ-dan sonra Ukraynaya ən çox mərmi göndərən ölkə

ABŞ-dan sonra Ukraynaya ən çox mərmi göndərən ölkə

ABŞ-dan sonra Ukraynaya ən çox mərmi tədarük edən ölkə Cənubi Koreyadır.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya 41 gün ərzində hava və dəniz yolu ilə Ukraynaya 300 mindən artıq 155 mm-lik mərmi göndərib. Bu, bütün Avropa Birliyinin göndərdiyindən daha çoxdur.

Qeyd olunub ki, Cənubi Koreya hazırda dünyada ən çox 155 mm-lik mərmilərə sahib olan ölkələrdən biridir.

Teqlər: