Rusiya nüvə torpedasını sınaqdan keçirməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə CNN yüksək çinli amerikalı məmura istinadən məlumat yayıb.
“ABŞ son həftələrdə Rusiya hərbi gəmilərinin mümkün nüvə sınağına hazırlaşdığını müşahidə edir. Gəmilər arasında “Poseydon”, “Belqorod” kimi sualtı torpeda daşıyıcılarının olduğu güman edilir. Sınaqlar texniki problemlər səbəbindən həyata keçirilə bilməyib”, – deyə bildirilib.