ABŞ-dan şok: İran Ukrayna müharibəsinə qoşuldu

ABŞ-dan şok: İran Ukrayna müharibəsinə qoşuldu

İranın Rusiyaya PUA təhvil verməsini, eləcə də Krımda bu PUA-ları Ukraynanın dinc şəhərlərini hədəf almağa kömək edən İran heyətinin olmasını nəzərə alaraq, ABŞ hesab edir ki, Tehran birbaşa Putinin Ukraynaya qarşı müharibəsinə qoşulub.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizim hesablamalarımıza görə, İran hərbçiləri Krımda olub və ruslara onların əməliyyatlarında (PUA-larla Ukrayna şəhərlərini vurmaq üçün – red.) kömək ediblər”, – Ağ Evin sözçüsü bildirib.

Teqlər: