ABŞ-dan şok: İran Trampa sui-qəsd planı hazırlayıb!

ABŞ-dan şok: İran Trampa sui-qəsd planı hazırlayıb!

ABŞ Ədliyyə Nazirliyi İranın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

AzerTimes xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.

“Ədliyyə Departamenti yeni seçilmiş Prezident Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan İran rejimi agentini ittiham edib”, – baş prokuror Merrik Qarland bildirib.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Vray öz növbəsində deyib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və sifarişli qatillərlə əlbir olub.

Belə ki, təqsirləndirilən şəxs Trampa sui-qəsd planı hazırlamaq vəzifəsi daşıdığı iddia edilən 51 yaşlı İran vətəndaşı Fərhad Şakəridir. O, hələ də azadlıqdadır və İranda olduğu güman edilir.

Teqlər: