ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qara siyahıya salınmış şəxslər rəsmi Pxenyanı dəstəkləmək üçün qeyri-qanuni gəlir əldə ediblər.
Məsələ ilə bağlı danışan ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson qeyd edib ki, Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramları beynəlxalq təhlükəsizliyi təhdid edir.