ABŞ-dan Serbiya və Kosovaya çağırış…

ABŞ-dan Serbiya və Kosovaya çağırış…

ABŞ Serbiyanın və Kosovonun rəhbərliklərini bölgədə vəziyyətin gərginliyini azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Belqrad və Priştinadakı səfirliklərinin dərc olunmuş birgə bəyanatında deyilib.

“Biz hər kəsi maksimum təmkinlik nümayiş etdirməyə, gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırırıq. Biz tərəfləri narahat edən məsələlərin həlli üçün Aİ-nin köməyi ilə dialoq yolu ilə işləməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Diplomatik nümayəndəliklər həmçinin vurğulayıblar ki, onlar qurulan barrikadaların tezliklə sökülməsinə ümid edirlər:

“Qanunsuz yol blokpostlarını quranlar dərhal onları sökməlidirlər. Biz bütün zorakılıq və hədə-qorxu təhdidlərinə son qoyulacağını gözləyirik”.

Teqlər: