ABŞ-dan Rusiyaya: Nüvə silahından istifadə etsən…

ABŞ-dan Rusiyaya: Nüvə silahından istifadə etsən…

ABŞ Rusiyanın mümkün nüvə silahından istifadəsinə cavab verəcəyini bildirib.

AzerTimes xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Ağ Ev bu silah növündən istifadənin fəlakətli nəticələri barədə Rusiyaya xəbərdarlıq edib. Biz Kremlə birbaşa dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər. Bunun nə ilə nəticələnəcəyi barədə dəqiq və konkret danışdıq”, – Sallivan bildirib.

Teqlər: